İdmançımız Plovdivdə qızıl medal qazanıb - FOTO

Xəbərlər
1 May 2024 14:43
İdmançımız Plovdivdə qızıl medal qazanıb - FOTO

Bolqarıstanın Plovdiv şəhərində savatın assault və kombat növü üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, 16 ölkədən 150-dən çox idmançının qatıldığı yarışı Azərbaycan millisi 1 qızıl medalla bitirib.

Gənclər arasında 80 kq-da bütün rəqiblərinə qalib gələn Məhəmməd Süleymanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yığmanın digər üzvü Tutu İsmayılova (52 kq) böyüklər arasında turnirin 1/8 final mərhələsində Bolqarıstan idmançısını məğlub etsə də, ardınca belçikalı rəqiblə qarşılaşmada zədələnib və turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, hər 2 idmançı assault növündə mübarizə aparıb.

İdman.biz