Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Qoçlar həftənin ilk yarısını ailə və ev işlərinə həsr etməsi məsləhətdir. Maliyyə durumu diqqət tələb edəcək. Mövcud problemləri aradan qaldırmaq üçün bir az səy göstərməli olacaqsınız. Həftənin ikinci yarısı həm işdə, həm də şəxsi həyatınızda aktiv olmağa səsləyir. Həftəsonunu dostlarla cari problemləri müzakirə etməklə keçirilməlisiniz. Eyni zamanda, iş yerinizi və ya fəaliyyət sahənizi dəyişdirmək imkanları yaranacaq. Sağlamlığınızın yaxşı olacağı vəd edilir. Stolüstü tennis, basketbol, həndbol və voleybol növlərində uğurlar gözlənilir.
Buğa
Həftənin ilk yarısında buğalar yaxın ətrafın hərəkətlərinin xoşagəlməz nəticələrinin öhdəsindən gələcəklər. Valideynlər sevdiklərinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün çox vaxt sərf etmək məcburiyyətində qalacaqlar. Həftənin ikinci yarısı daha firavan və sakit olmağı vəd edir. Yaxınlarınız üçün əhəmiyyətli xərclər tələb olunacaq. Bu, ailədaxil mühitə müsbət təsir edəcək. Maddi itkilərə görə peşiman olmayacaqsınız. Qaçış, velosiped, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər gözlənilir.
Əkizlər
Əkizlər üçün həftə fürsətlər və şanslar dövrü olacaq. Bürc nümayəndələri əsas sahələrdə - peşə və şəxsi münasibətlərdə aktiv olacaqlar. Çoxları iş və ya yaşayış yerini dəyişdirmək təklifi ala bilər və buna görə də şəxsi tərəfdaşlarla münasibətlərə düzəlişlər etməli olacaqlar. Sağlamlığınızla bağlı ehtiyyatı əldən verməyin. İsti geyinməli və soyuq içkilərdən imtina etməlisiniz. Maliyyə baxımdan əlavə qazanc imkanları sevincinizə səbəb olacaq. Voleybol, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.
Xərçəng
Xərçənglər hazırkı məqsədlərə çatmaq üçün bütün amilləri nümayiş etdirəcəklər. Bu, xüsusilə peşəkar sfera üçün aktual olacaq: iş adamları hakimiyyət və maliyyə strukturları ilə çətin anlar yaşayacaqlar. İşçilər həmkarlarının intriqalarına vaxt ayırmağa, həmçinin var gücü ilə öz mövqelərini tutmağa məcbur olacaqlar. Problemləri uğurla həll etmək üçün mütləq şans olacaq. Ona görə də xərçənglər həftənin sonunu xoş emosiyalarla üzləşəcəklər. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Şir
Həftə boyunca şirlər emosional cəhətdən yüksək vəziyyətdə olacaqlar. Yeni pərəstişkarları cəlb edərək, diqqət çəkəcəklər. Elmi sahə ilə məşğul olanlar üçün yaxşı dövrdür - özünüzü aydın ifadə etmək və mütərəqqi ideyaları və ya kəşfləri pula çevirmək üçün hər cür şans var. Maliyyə baxımından əlverişli və faydalı olacaq. Valideynlər uşaqları ilə daha çox vaxt keçirəcək, birgə oyunlar və ya təhsil proqramlarından həzz alacaqlar. Həftənin ilk yarısında sağlamlıq durumunuz bir qədər pisləşə bilər. Atletika, avarçəkmə, cüdo, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Qız
Qız bürclərini qarşıda məhsuldar həftə gözləyir. Hər şeyi plana uyğun şəkildə etməyi bacarmalısınız. Həftənin ilk yarısında sağlamlığınız bir qədər zəifləyə bilər. Romantik sahədə sevinəcəksiniz. Pərəstişkarlarınızla görüşlər keçirəcək, maraqlı ünsiyyət quracaqsınız. Maliyyə vəziyyətinizdə elə də dəyişiklik olmayacaq. İşlərinizi zaman-zaman yoluna qoymağa çalışın. Əks halda, gözlədiyiniz ab-hava tərsinə cövlan edə bilər. Yaxınlarınızla xoş münasibətdə olmaq üçün bütün səylərinizi gücləndirin. Cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Tərəzi
Tərəzilər həm maliyyə vəziyyətindən, həm də peşəkar sahədən razı qalacaqlar. Ancaq həyatın romantik tərəfinə gəldikdə, bu, daha da mürəkkəbləşəcək. Bürcün ailəli nümayəndələri həyat tərzi ilə bağlı fikir ayrılıqlarına görə tərəfdaşları ilə ciddi münaqişələr yaşaya bilərlər. Subaylar pərəstişkarlarından qarşılıqlı iddialar, eləcə də həddən artıq tənqidlər alacaqlar. Sağlamlığa gəlincə, vəziyyət pisləşə bilər. Həftənin sonunda yaşadığınız yerdən köçmək və ya iş yerini dəyişmək imkanları yarana bilər. Güləş, basketbol, futzal və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Əqrəb
Əqrəblər həftəboyu aktiv olacaqlar. Bu, onların yaxşılığa doğru dəyişməsi üçün böyük şans yaradacaq. Maliyyə vəziyyətinizdə irəliləyişlər qaçılmazdır. Pul axınının artması ürəyinizcə olacaq. Yaxınlarınıza və ehtiyacı olanlara səxavət göstərmək yerinə düşər. Romantik cəhətdən sevindirici xəbərlər alacaqsınız. Yeni səfərlərə hazır olun. Yeni görüşlər ümumilikdə çoxdan çözmək istədiyiniz işlərin uğurlu olacağına işarədir. Bacardığınız qədər əliaçıq olun. Umanların yanında olmağınız vacibdir. Gimnast, sambo, karate, güləş və şahmatçılar üçün düşərli həftədir.
Oxatan
Gündəlik məsələlərlə bağlı olan cari problemləri intensiv şəkildə həll edəcəksiniz. Lakin bu, heç də istədiyiniz nəticəni əldə etməyinizə yozulmur. Məhz buna görə də, verəcəyiniz hər hansı bir qərarı yaxşı-yaxşı götür-qoy etməlisiniz. Həftənin ikinci yarısında maliyyə durumunuz yaxşılaşacaq. Sağlamlığınız sabit qalacaq. Həyatın romantik tərəfi xoş olacaq. Subay oxatanlar yeni dostlar və pərəstişkarları ilə maraqlı ünsiyyətə üstünlük verəcək. Evlilər vaxtlarını daha çox ailə üzvləri ilə keçirsələr münasibdir. İmkan olduqca yaşlı nəslin nümayəndələri ilə təmaslarınızı gücləndirin. Futzal, həndbol, güləş, voleybol və basketbol idman növlərində uğurlar vəd edilir.
Oğlaq
Oğlaqlar həftənin ilk yarısını rahat keçirəcəklər. Həll edilməmiş bir çox problemi yoluna qoya biləcəksiniz. Dostlarınız tərəfindən sevinəcəksiniz. Yaxın insanların diqqət və qayğıkeşliyini hiss edəcəksiniz. Həftənin ikinci yarısı peşəkar problemlər ön plana çıxacaq ki, bu da yalnız mühüm seçim etməklə həll oluna bilər. Həftə sonu təbii su hövzələrinin yaxınlığında keçirmək tövsiyə olunur. Sağlamlığınızla bağlı heç bir problem yaşamayacaqsınız. Maddi durumunzda irəliləyişlərin şahidi olacaqsınız. Basketbol, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıcdır.
Dolça
Həftə dolça bürcünə xoş sürprizlər və təəssüratlar gətirəcək. Maliyyə vəziyyətində müsbət perspektivlər olacaq. Sağlamlığınızın normal qaydada davam etməsi bir çox işlərinizin həyata keçməsinə imkan yaradacaq. Eyni zamanda təmiz havada olsanız, rifahınız yaxşılaşacaq. Şəxsi işinizdə öz qabiliyyətlərinizi və istedadınızı maksimum dərəcədə nümayiş etdirməli olacaqsınız. Bu, karyeranıza, eləcə də rəhbərliyin sizə qarşı münasibətinə çox müsbət təsir göstərəcək. Hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə də məhsuldar olacaqsınız. Bu, bütün məsələləri və problemləri həll etməyə imkan verəcək. Atsürmə, üzgüçülük, qaçış və güllə atıcılığı növlərində uğurlar bol olacaq.
Balıqlar
Balıqlar həftənin çox hissəsini iş və ailə məsələləri arasında qalacaqlar. Təcili və qətiyyətli tədbirlər, səlahiyyətli qurumlara səfərlər maliyyə xərcləri tələb edə bilər. Həmkarlarınızın köməyinə arxalanmadan özünüzün etməli olduğunuz işlərin həcmi çox olacaq. Ətrafınızdakı insanlarla intriqaya girmək ehtimalı var. Çalışın, bəzi məsələlərdə güzəştə gedin. Bu dövrdə ən yaxşı taktikanız sakitliyə qapanmağınız olacaq. Əsəblərinizi cilavlamağı bacarın. Həftəsonu dəvət aldığınız yerlərə gedin. Bu, sizin gələcək perspektiviniz üçün uğurlu yol açacaq. Gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
İdman.biz