Növbəti Universiadanın ev sahibi bəlli olub

Xəbərlər
17 İyul 2025 15:27
54
Növbəti Universiadanın ev sahibi bəlli olub

Beynəlxalq Tələbə İdmanı Federasiyası (FISU) 2027-ci il Universiadasının keçiriləcəyi yeri rəsmi olaraq açıqlayıb.

İdman.biz xəbər verir ki, mötəbər multii̇dman forumu Cənubi Koreyanın Çunqçonq əyalətində baş tutacaq.

Yarışlar 2027-ci il avqustun 1-12-də keçiriləcək. Cənubi Koreya tarixində üçüncü dəfə Universiadanı qəbul edəcək. Xatırladaq ki, 2003-cü ildə bu yarışlar Daequ, 2015-ci ildə isə Kvancuda təşkil olunub.

Təşkilatçılar artıq tələbə oyunlarının proqramını da təqdim ediblər. Proqrama 18 idman növü daxil edilib: idman gimnastikası və bədii gimnastika, oxatma, avarçəkmə, cüdo, atletika, badminton, basketbol, suya tullanma, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, tekvando, voleybol, su polosu, çimərlik voleybolu və qolf.

İdman.biz