Bakıda “Qələbə Moto Yürüşü 2026” festivalı keçiriləcək

17 Oktyabr 2026 19:31
102
Bakıda “Qələbə Moto Yürüşü 2026” festivalı keçiriləcək

Bakıda “Qələbə Moto Yürüşü 2026” festivalı təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, noyabrın 1-də Bakı Bulvarında keçiriləcək tədbir Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Motosiklet İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalın əsas məqsədi Azərbaycanın motomədəniyyətini tanıtmaq, motosiklet ictimaiyyətini bir araya gətirmək, birlik və həmrəyliyi təşviq etməkdir.

Tədbir çərçivəsində motosiklet yürüşü də təşkil olunacaq.

Qeyd edək ki, festival saat 13:00-da Dənizkənarı Milli Parkda başlayacaq.

İdman.Biz