Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Boks Federasiyası və Azərbaycan Sambo Federasiyasının idmançıları üçün maarifləndirici antidopinq seminarı keçirilib.
İdman.Biz xəbər verir ki, seminarda Qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi barədə məlumat verilib.
İnteraktiv formatda təşkil olunan tədbirin əsas məqsədi idmançılar arasında məlumatlılığı artırmaq, risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərini təşviq etmək olub.
