Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

17 Mart 2026 16:12
52
Yevlax 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib

Gənclər və İdman Nazirliyinin 17 mart tarixli Kollegiya iclasında 2027-ci il üçün “İdman Paytaxtı” müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizəd şəhərlərin təqdimatlarından sonra keçirilən səsvermənin nəticələrinə əsasən, Yevlax şəhəri gələn il üçün ölkənin “İdman Paytaxtı” seçilib.

Qeyd edək ki, bu status çərçivəsində il ərzində şəhərdə müxtəlif idman tədbirlərinin təşkili nəzərdə tutulur.

İdman.Biz
Məqalədə: