“Heydər Əliyev İli” çərçivəsində 474 idman tədbiri keçirilib

Xəbərlər
29 Dekabr 2023 16:12
139
“Heydər Əliyev İli” çərçivəsində 474 idman tədbiri keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində 2023-cü il ərzində ölkəmizdə ümumilikdə 64925 nəfərin iştirakı ilə 474 idman tədbiri təşkil olunub.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) məlumat yayıb.

Bildirilib ki, tədbirlərdən 89-u AGİN və idman federasiyaları tərəfindən 32190 nəfərin iştirakı ilə keçirilib.

Qalan 385 tədbir isə ölkəmizin müxtəlif regionlarında təşkil olunub və 32735 nəfər iştirakçını əhatə edib.

Bundan başqa, respublika üzrə 13 layihə çərçivəsində 81 kütləvi idman tədbiri baş tutub və bu tədbirlərdə 36600 nəfər iştirak edib.

İdman.biz