Seneqal prezidentindən qeyri-adi qəbul - FOTO

Xəbərlər
22 Yanvar 2026 18:33
45
Seneqal prezidentindən qeyri-adi qəbul - FOTO

Seneqal Respublikasının prezidenti Bassirou Diomaye Faye Afrika Millətlər Kubokunun qalibi olan milli komandanın şərəfinə təşkil edilən rəsmi qəbulda iki birinci xanımla birlikdə iştirak edib.

İdman.Biz xəbər verir ki, Bassiru Diomay Fay ölkə qanunvericiliyinə uyğun olaraq iki qadınla rəsmi nikahdadır. Onun həyat yoldaşları Marie Khone Faye və Absa Faye hesab olunur və hər ikisi rəsmi şəkildə “birinci xanım” titulunu daşıyır.

Dövlət başçısının birinci həyat yoldaşı Mari Xon Faydan dörd övladı var. Absa Fay ilə isə o, 2023-cü ildə ailə qurub.

Qeyd edək ki, Seneqalda çoxarvadlılıq qanunvericiliklə icazəlidir və bu məsələ ictimai-siyasi müstəvidə hüquqi norma kimi qəbul olunur. Prezidentin milli komandanın tarixi uğurunu bu formatda qeyd etməsi isə beynəlxalq mediada xüsusi maraq doğurub.

İdman.Biz