ABŞ-nin Kaliforniya ştatı sahillərində tapılan cəsədin dekabrın 21-də itkin düşmüş triatlonçu Erika Foksa məxsus olduğu rəsmən təsdiqlənib.
İdman.Biz xəbər verir ki, Santa-Kruz dairəsinin şerif ofisi tapıntı barədə məlumat yayıb və meyitin Foksun sonuncu dəfə görüldüyü əraziyə çox yaxın məsafədə aşkar edildiyini bildirib.
Rəsmi açıqlamada qeyd olunub ki, Erika Foksun itkin düşdüyü vaxt onun akula hücumunun qurbanı ola biləcəyi ehtimal edilirdi.
Mərhumun şəxsiyyəti sonradan onun atası tərəfindən təsdiqlənib və bununla da bir neçə gündür davam edən axtarışlara nöqtə qoyulub.


