"2023 SENİ CUP Azərbaycan çempionatı"nın qaliblər bəlli olub - FOTO

Xəbərlər
16 Dekabr 2023 20:11
402
"2023 SENİ CUP Azərbaycan çempionatı"nın qaliblər bəlli olub - FOTO

"Boccia idman növü üzrə 2023 SENİ CUP Azərbaycan çempionatı"nın final mərhələsi keçirilib.

İdman.biz xəbər verir ki, açılış mərasimində Azərbaycan Boccia Federasiyasının prezidenti Vüqar Behbudov, Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov çıxış ediblər.

Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib və yarışlara start verilib.

Final mərhələsi BC1, BC2, BC3, BC4, BC5 və uşaq kateqoriyası da daxil olmaqla 80 nəfər əlilliyi olan şəxs arasından finala çıxan paralimpiyaçılar arasında baş tutub.

Çempionat beynəlxalq boccia təşkilatı BİSFED qaydalarına əsasən keçirilib.

Qalib gələn idmançılar I, II, III yerlərə layiq görülərək medal, kubok və hədiyyələrlə təltif olunublar.

Sonda xalq artisti Gülyaz Məmmədovanın ifasında musiqi nümunələri təqdim edilib.

İdman.biz