Azərbaycanın stronqmen yığması dünya çempionatında iki qızıl medal əldə edib - FOTO

Xəbərlər
6 Noyabr 2025 17:15
102
Azərbaycanın stronqmen yığması dünya çempionatında iki qızıl medal əldə edib - FOTO

Azərbaycanın stronqmen millisinin üzvləri Macarıstanın Lokitelek şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stronqmen Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda ölkəmizi üç idmançı təmsil edib. Yeniyetmələr arasında Tural Mirzəliyev (67.5 kq) dünya çempionu tituluna sahib olub. O həmçinin mütləq çempionluq uğrunda mübarizədə üçüncü yeri tutub.

Açıq yaş qrupunda çıxış edən Sadiq Musayev gümüş medala layiq görülüb.

Ağır çəkidə mübarizə aparan digər idmançımız Cəlil Əliyev isə açıq yaş qrupunda dünya çempionu adını qazanmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb.

İdman.Biz