Dövlət qurumları arasında minifutbol turnirinin 3-cü turu start götürəcək

Xəbərlər
8 Dekabr 2023 17:52
268
Dövlət qurumları arasında minifutbol turnirinin 3-cü turu start götürəcək

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın 3-cü turu dekabrın 9-10-da keçiriləcək.

İki gün davam edəcək turnirdə qurumların təmsil olunduğu komandalar 4 qrupda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə baş tutan turnirdə 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları təmsil olunub. 2024-cü il mayın 6-dək davam edəcək oyunlar şənbə və bazar günləri keçiriləcək.

İdman.biz