FIA prezidenti Baş Assambleyanın son toplantılarına qatılmamasının səbəbini açıqlayıb

Xəbərlər
8 Dekabr 2023 12:50
328
FIA prezidenti Baş Assambleyanın son toplantılarına qatılmamasının səbəbini açıqlayıb

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem Heydər Əliyev Mərkəzində keçirilən FIA Baş Assambleyasının yekun iclasında çıxışı zamanı qurumun son toplantılarına qatıla bilməməsinin səbəbini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Bakıda qaldığı hoteldə yıxıldığını deyib.

FIA prezidenti bildirib ki, otelin otağında ayağı büdrəyib və səhhətində yaranmış vəziyyətlə bağlı təcili tibbi yardım çağırılıb: “Səhhətimdə gözlənilməz halla bağlı Bakıda mənə göstərilən təcili tibbi dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və federasiyanın prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm. Komandanın dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.

Qeyd edək ki, Mohammed ben Sulayem tibbi yardım göstərilən xəstəxanadan ötən gün gecə buraxılıb.