Kataloniyanın “Barselona” klubu məşhur müğənni və musiqiçi Ed Şiranla birlikdə yeni formanı təqdim edib.
İdman.Biz xəbər verir ki, “blauqrana”ların texniki sponsoru olan Nike bu formanı xüsusi layihə çərçivəsində hazırlayıb.
Xatırladaq ki, sentyabr ayında yayılan məlumata görə, Ed Şiranın loqosu “Barselona”nın formasında “Spotify” ilə əməkdaşlıq çərçivəsində yer alacaq. Bu dizayn 26 oktyabr 2025-ci ildə “Real Madrid”lə keçiriləcək “El Klassiko” oyununda istifadə olunacaq.