Rəşad Dağlının oğlu karate turnirində çempion oldu - VİDEO

Xəbərlər
13 Oktyabr 2025 10:18
115
Rəşad Dağlının oğlu karate turnirində çempion oldu - VİDEO

Meyxanaçı Rəşad Dağlının oğlu Bakıda yeniyetmələr arasında keçirilən karate turnirində qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə meyxanaçının oğlu özü paylaşım edib.

Yusif paylaşdığı videoda dünya şöhrətli karateçimiz Rafael Ağayevə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonra meyxanaçı könüllü olaraq polisə təslim olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İdman.Biz

Məqalədə: