“Real”ın müdafiəçisinin qardaşının teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti Vəfa Zeynallının qızı ilə evlənməsi barədə sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilib.
İdman.Biz məsələni araşdırıb və yayılan xəbərin həqiqəti əks etdirmədiyini müəyyən edib.
Araşdırmaya görə, toyu olan Lalə Məmmədova Vəfa Zeynallının qızı deyil, onun rəfiqəsinin qızıdır.
Xatırladaq ki, dünən eksklüziv olaraq xəbər vermişdik ki, “Real”ın müdafiəçisi Din Heysenin qardaşı azərbaycanlı xanımla toy edib. Gəlinin qardaşı isə keçmiş futbolçu Emil Məmmədovdur.
Toy zamanı Azərbaycanı “Avroviziya”da təmsil edən Fahree çıxışı ilə mərasimi daha da şənləndirib.
Yusif Sadıqlı