AMADA III MDB Oyunlarında maarifləndirmə fəaliyyətini davam etdirir

Xəbərlər
3 Oktyabr 2025 23:25
31
AMADA III MDB Oyunlarında maarifləndirmə fəaliyyətini davam etdirir

III MDB Oyunları çərçivəsində sərbəst və qadın güləşi üzrə yarışlarda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən növbəti maarifləndirici proqram təşkil olunub.

İdman.biz bildirir ki, bu barədə AMADA-dan məlumat verilib.

AMADA-nın xüsusi guşəsini ziyarət edən iştirakçılara antidopinq qayda pozuntuları, rəqibə hörmət prinsipləri, idmançıların hüquq və öhdəlikləri, həmçinin narkomaniyanın fəsadları barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində antidopinq sistemi üzrə viktorina keçirilib, fəallığı ilə seçilən iştirakçılara qurum tərəfindən hədiyyələr təqdim olunub.

Bu proqram təmiz idmanın təbliği, gənc idmançılarda düzgün dəyərlərin formalaşdırılması və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

İdman.biz