Minifutbol millimiz qələbə qazanıb

2 May 2026 23:22
191
Minifutbol millimiz qələbə qazanıb

Minifutbol üzrə milli komandamız Monteneqronun Herçeq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

İdman.Biz-in xəbərinə görə, təmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz burada Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.

İdman.Biz