İdman dırmanması üzrə Azərbaycan birinciliyi keçirilib

Xəbərlər
22 İyun 2025 23:29
58
İdman dırmanması üzrə Azərbaycan birinciliyi keçirilib

İdman dırmanması üzrə Azərbaycan birinciliyi başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iyunun 20-21-də idman dırmanmasının “boulderinq” növü üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi keçirilib.

Yarış gənc idmançılar arasında sağlam həyat tərzinin təbliği, beynəlxalq yarışlara hazırlıq məqsədilə təşkil olunub. Gərgin və maraqlı keçən yarışlarda ölkənin müxtəlif bölgələrindən cəlb olunan yeniyetmə və gənclər öz güclərini sınayıblar.

Yarışın qalib və mükafatçıları

Gənclər – oğlanlar kateqoriyası üzrə:
1. Nazim Yusifzadə
2. Nicat Vəlixanov
3. Fərhad Babayev

Gənclər – qızlar kateqoriyası üzrə:
1. Aliyə İbrahimbəyova
2. Salima Əliyeva
3. Xədicə Yambulatova

Yeniyetmələr – oğlanlar kateqoriyası üzrə:
1. Rəsul Nəsir
2. Murad İbrahimli
3. Anatoli Meniailov

Yeniyetmələr – qızlar kateqoriyası üzrə:
1. Sofiya Boriskina
2. Həvva Yambulatova
3. Eva Nikiforova

Yarışın sonunda qaliblər Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəisi Elnur Məmmədov, eləcə də Azərbaycan Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov tərəfindən diplom və medalla təltif olunublar.

Qeyd edək ki, 1-ci yerin sahibləri Türkiyədə keçiriləcək beynəlxalq yarışa vəsiqə qazanıblar.

İdman.biz