Azərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında mübarizə aparacaqlar

28 Avqust 2026 15:08
108
Azərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında mübarizə aparacaqlar

İdman dırmanması üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Alpinizm Federasiyası məlumat yayıb.

Avqustun 28-30-da keçiriləcək yarışda ölkəni Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.

İdman.Biz