İtaliyanın Milan şəhərində keçirilən FICTS beynəlxalq idman kinofestivalında Azərbaycan filmi yüksək yerə layiq görülüb.
İdman.Biz xəbər verir ki, Arzu Urşanın “Arzunun ardınca” (Following the Dream) filmi “Documentary – Individual Sport” kateqoriyasının qalibi olub.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilmiş və avqustun 8-də Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edir.
Qeyd edək ki, alpinist Elmira Aslanova Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşüb.