Polşalı alpinist tarixdə Everestdən xizəklə oksigensiz enən ilk insan olub - VİDEO

Xəbərlər
27 Sentyabr 2025 18:56
47
Polşalı alpinist tarixdə Everestdən xizəklə oksigensiz enən ilk insan olub - VİDEO

Otuz yeddi yaşlı polyak Anjey Bargel, Everesti fəth edən və oksigen balonu olmadan xizəklə enən ilk insan olub.

İdman.biz bildirir ki, zirvədən çəkilmiş videoda Bargelin havanın sıxlığı səbəbindən ağır nəfəs aldığı görünür.

Alpinistin zirvəyə dırmaşması dörd, enişi isə iki gün çəkib. Eniş zamanı o, dar silsilələr, sıldırım yamaclar və təhlükəli qayalıqlar arasında ustalıqla manevr edib. Enişin ən təhlükəli hissəsi Xumbu buzlağı olub, burada alpinist təhlükəsizlik ipləri olmadan dəyişkən buz və dərin yarıqlardan ibarət labirintdə yalnız qardaşı tərəfindən idarə olunan dronun köməyi ilə hərəkət edə bilib.

Bargel dağda turist izdihamının olmaması üçün payızı seçib.

Polşanın baş naziri Donald Tusk artıq həmyerlisini tarixi nailiyyəti münasibətilə təbrik edib.

İdman.biz