Oktyabrın 4-də azərbaycanlı döyüşçü Akif Quluzadə ONE Championship — ONE Fight Night turnirində rinqə çıxacaq.
İdman.biz bildirir ki, yüngül çəki dərəcəsində onun rəqibi Tailand idmançısı Jaosuaya olacaq.
Quluzadə artıq ONE Fight Night çərçivəsində dörd qələbə qazanaraq peşəkar rekordunu 19-2-yə çatdırıb. Yeni döyüş onun üçün diviziondakı mövqeyini möhkəmləndirmək və qələbə seriyasını davam etdirmək baxımından şans olacaq.
Turnirin Bakı vaxtı ilə saat 05:00-da başlaması planlaşdırılır. Canlı yayımı beIN SPORTS telekanalında və watch.onefc.com platformasında izləmək olar.
İdman.biz