Rafael Fiziyevə Dastin Poryedən təklif gəlib

Xəbərlər
30 Noyabr 2023 18:41
274
Rafael Fiziyevə Dastin Poryedən təklif gəlib

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevə Dastin Porye ilə görüş təklif olunub.

İdman.biz xəbər verir ki, bu barədə Rafaelin meneceri Sayat Abdrahmanov məlumat verib.

Fiziyev bu görüşdən imtina edib. Buna səbəb Rafaelin zədəli olmasıdır. “Rafa zədə üzündən qarşıdakı müddətdə döyüşə bilməyəcək. Onun bərpasına minimum yarım il lazımdır”, deyə Abdrahmanov açıqlayıb.

Həm Rafael, həm Dastin son görüşlərində uduzublar. Onlar hər ikisi polşalı Mateuş Qamrota məğlub olublar. Hazırda Fiziyev UFC reytinqində 7-ci pillədə qərarlaşıb. Porye siyahıda 3-cü, Qamrot 6-ci pillədə yer alıb.

Qeyd edək ki, sentyabr ayında keçirilən Fiziyev-Qamrot döyüşündə həmyerlimiz zədə üzündən ikinci raundda döyüşü yarımçıq dayandırıb.

İdman.biz