"Rafaellə fərqli divizionlarda döyüşürük. Hazırda bizim qarşılaşmamız mümkün deyil".
İdman.biz xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov bu gün keçirilən mətbuat konfransında deyib.
O, "Rafeal Fiziyevlə döyüşmək istəyirmi?" sualına cavab verib: "Gələcəkdə bu döyüş baş tuta bilər. Amma hazırda qarşıdakı döyüşə konsentrasiya olmuşam. İndi hər hansı gələcək rəqiblərim - xüsusilə dostum Rafaellə döyüş haqqında düşünməyim vaxtı deyil. Ümumiyyətlə, onun qarşılaşmaq ehtimalım çox azdır".
Qeyd edək ki, Nazim Sadıxov iyunda Bakıda keçiriləcək Boks gecəsində Nikolas Motta (Braziliya) ilə döyüşəcək.
Aytac Sahəd
İdman.biz