Rafael Fiziyev məşqləri bərpa edib – Tailandda hazırlıq

Xəbərlər
28 Noyabr 2023 11:58
279
Rafael Fiziyev məşqləri bərpa edib – Tailandda hazırlıq

Azərbaycanı UFC-də təmsil edən Rafael Fiziyev məşqləri bərpa edib.

İdman.biz xəbər verir ki, “Ataman” ləqəbli idmançı Tailandda “Tiger Muay Thai” mərkəzində hazırlığa başlayıb.

O, həftədə 4 dəfə keçirilən kikboksinq çalışmalarında iştirak edir.

Qeyd edək ki, Fiziyev sentyabrın 24-də Las-Veqasda “UFC Fight Night” turnirində polşalı Mateuş Qamrot ilə döyüşdə dizindən ağır zədə alıb və texniki nokautla uduzub. Ardınca əməliyyat olunub.

Emin Ağa

İdman.biz