Xəyal Caniyev: “Onları nokautla sevindirmək istəyirdim”

Xəbərlər
25 Noyabr 2023 11:35
255
Xəyal Caniyev: “Onları nokautla sevindirmək istəyirdim”

"Muaytai karyeramdakı fasilə özünü göstərdi".

İdman.biz xəbər verir ki, bunu Rusiyanın Çelyabinsk şəhərində WMC çempionluğu titulunu qazandıqdan sonra qarışıq döyüş növləri üzrə azərbaycanlı döyüşçü Xəyal Caniyev deyib.

O, dünya çempionu adı uğrunda “Adrenalin” turnirinin əsas döyüşündə iranlı Moctab Taravati üzərində qələbəsini şərh edib: “Döyüşü vaxtından əvvəl başa vurub, tamaşaçıları gözəl qələbə və nokautla sevindirmək istəyirdim. Amma hakimlərin qərarı ilə qalib gəlməyimə də sevinirəm”.

Caniyev bildirib ki, Çelyabinskə belə turnirlər lazımdır: “Peşəkar muaytayı şəhərə qaytardıqları üçün bütün təşkilatçılara təşəkkür edirəm”.

Qeyd edək ki, MMA-da özünü təsdiqləyən Xəyal 3 ildən sonra çempionluq titulunu qazanıb.

Nicat Zəkiyev

İdman.biz