Xəyal Canıyev gecənin əsas kəmər döyüşündə mübarizə aparacaq

Xəbərlər
24 Noyabr 2023 14:11
236
Xəyal Canıyev gecənin əsas kəmər döyüşündə mübarizə aparacaq

Bu gün azərbaycanlı MMA döyüşçüsü Xəyal Canıyev muaytay tayboksda növbəti görüşünü keçirəcək.

İdman.biz xəbər verir ki, karyerasına tayboksla başlayan Canıyev Rusiyanın Çelyabinsk şəhərində təşkil olunacaq “Adrenalin” turnirində döyüşəcək.

O, dünya muaytay çempionluğu uğrunda gecənin əsas kəmər döyüşündə Modjtaba Taravati (İran) ilə üz-üzə gələcək. İranlı Asiya çempionu, “Best of the Best” beynəlxalq turnirinin qalibidir.

Qeyd edək ki, Canıyev muaytayda peşəkarlar arasında Avropa, GPRO üzrə dünya çempionudur. O, GLORY, “Kunlun Fight”, “Top King”, RAGE Arena, MMA kimi promosyonlarda çıxış edib. Xəyal Rusiyada dünya muaytay super ulduzu Buakav Bançameki məğlub edən yeganə idmançıdır.

Emin Ağa

İdman.biz