Superağır çəkidə Aleksandr Usik və Tayson Fyuri arasında keçiriləcək mütləq çempionluq döyüşünün vaxtı dəqiqləşib.
İdman.biz xəbər verir ki, tarixi döyüşün gələn il fevralın 17-də keçirilməsi nəzərdə tutulub.
Verilən məlumata görə, qarşılaşma Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutacaq. Əvvəlcə görüşün bu ilin dekabrda keçirilməsi planlaşdırılsa da, Fyurinin Frensis Nqannu ilə üz-üzə gəlməsi onun təxirə salınması ilə nəticələnib. Az əvvəl baş tutan döyüşdə Fyuri 10 raundun sonunda hakimlərin qərarı ilə qələbə qazanıb (95-94, 95-94, 93-96).
Usik isə sonuncu dəfə avqustda rinqə çıxıb. O, britaniyalı Daniel Dubuaya qalib gələrək, titulu qoruyub.
İdman.biz