Azərbaycanlı döyüşçü Nazim Sadıqov noyabrın 12-də UFC-də növbəti döyüşünə çıxacaq.
İdman.biz xəbər verir ki, o, rusiyalı Vyaçeslav Borşçevlə qarşılaşacaq.
UFC-də 2 döyüş keçirən Nazim hər ikisində qalib gəlib. Vyaçeslav isə UFC-də 2 qələbə və 2 məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, Nazim Sadıqov peşəkar olaraq 9 döyüş keçirib. Bunların 8-də qələbə qazanıb, 1-də məğlub olub. Borşçev isə 10 dəfə rinqə çıxıb. Bunların 7-də qalib gəlib, 3-də uduzub.
Emin Ağa
İdman.biz