Mahaçev Qerrini məğlub edərək UFC çempionluq kəmərini qoruyub - VİDEO

16 Avqust 2026 09:38
87
Mahaçev Qerrini məğlub edərək UFC çempionluq kəmərini qoruyub - VİDEO

Rusiya təmsilçisi İslam Mahaçev UFC-də yarımorta çəki dərəcəsində çempion titulunu uğurla müdafiə edib.

İdman.Biz xəbər verir ki, Filadelfiyada (ABŞ) keçirilən UFC 330 turnirinin əsas döyüşündə Mahaçev irlandiyalı İen Qerri ilə qarşılaşıb.

Çempionluq döyüşü beş raundun hamısını əhatə edib. Raundların yekununda hakimlər yekdil qərarla qələbəni Mahaçevə veriblər. Bununla da o, UFC-nin yarımorta çəki dərəcəsində çempionluq kəmərini qoruyub.

Bu, Mahaçevin peşəkar karyerasında 29-cu qələbəsi olub. Rusiya təmsilçisinin aktivində cəmi bir məğlubiyyət var.

Mahaçev əvvəlki döyüşündə Nyu-Yorkda keçirilən UFC 322 turnirində avstraliyalı Cek Della Maddalenanı məğlub etmişdi.

Qerri isə peşəkar karyerasında ikinci məğlubiyyətini alıb. İrlandiyalı döyüşçünün hesabında 17 qələbə var.

UFC 330-un əsas döyüşündən əvvəl keçirilən qarşılaşmada isə minimum çəki dərəcəsinin çempionu Makkenzi Dern kanadalı Cillian Robertsonu məğlub edərək titulunu uğurla qoruyub.

İdman.Biz