Azərbaycanlı MMA döyüşçüsünün meyiti çimərlikdəki konteynerdən tapıldı - VİDEO

29 İyun 2026 17:55
120
Azərbaycanlı MMA döyüşçüsünün meyiti çimərlikdəki konteynerdən tapıldı

MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.

İdman.Biz qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.

Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.

Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İdman.Biz
Məqalədə: