58 yaşlı məşhur amerikalı podkastçı və UFC şərhçisi Co Roqan Dana Uaytın promouşeninin döyüş idmanı dünyasında niyə ən yaxşı olduğunu izah edib.
İdman.Biz bildirir ki, Ultimate Fighting Championship 12 noyabr 1993-cü ildə təsis edilib.
“UFC döyüş idmanı sahəsində liderdir və əgər siz UFC-də deyilsinizsə, mənim üçün fərqi yoxdur. PFL-ə gedib həmin 1 milyon dolları qazana bilərsiniz, amma reallıq budur ki, etdiyiniz işin bir hissəsi ən yaxşı olmağa çalışmaqdır və əgər ən yaxşı olmaq istəyirsinizsə, müəyyən mənada UFC-də olmalısınız”, - deyə Roqan özünün YouTube kanalında bildirib.
Dana Uayt 2001-ci ildən bəri UFC-nin prezidenti, həmçinin 2023-cü ildən bəri promouşenin baş direktoru vəzifəsində çalışır.
