Amerikalı UFC döyüşçüsü Brays Mitçell, ailə problemləri, o cümlədən həyat yoldaşının məişət zorakılığı ittihamları səbəbindən kəmərini qeyri-müəyyən müddətə müdafiə etməyəcəyini açıqlayan hazırkı UFC çempionu gürcü əsilli ispaniyalı İliya Topuriyanın şərhlərinə reaksiya verib.
İdman.Biz bildirir ki, Topuriya ailə problemləri, o cümlədən həyat yoldaşının məişət zorakılığı ittihamları səbəbindən kəmərini qeyri-müəyyən müddətə müdafiə etməyəcəyini açıqlayıb.
“O yaramaz İliya qadına əl qaldırıb. Bu yerlərdə buna görə səni öldürərdilər. Sən əsl alçaqsan, qardaşın da eyni cürdür. Uşaqlarını görməyə layiq deyilsən, çünki onların anasına əl qaldırmısan. Sən qorxaqsan. Tövbə etməli və İsa Məsihə qayıtmalısan. Yəqin ki, sənin içki ilə problemin var. Arvadlar kəmər kimi deyil - nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çempionluq kəmərləri olduğunu düşünərək onların arxasınca qaçırsan, üçüncü arvad axtarırsan. Sən axmaqsan”, - Mitçell sosial media səhifəsində paylaşdığı videoda deyib.
