Qazaxıstanın ən gözəl boksçusu hesab olunan Balausa Muzdiman növbəti döyüşlərinin anonsunu edib.
İdman.Biz xəbər verir ki, o bu barədə özünün “Instagram” səhifəsində məlumat yayıb.
İdmançı qeyd edib ki, onun ilk rəqibi qalmaqallı reputasiyaya malik avstraliyalı boksçu Çerneka Conson olacaq.
İkinci döyüş isə məğlubiyyətsiz seriyaya malik danimarkalı boksçu Dina Torslundla baş tutacaq.
“Növbəti rəqibim isə yaponiyalı Mitsuki Hirutao olacaq” – deyə Balausa Muzdiman söyləyib.
Qeyd edək ki, Muzdiman son döyüşünü 2025-ci ilin sentyabrında keçirib. O, bu qarşılaşmada Hindistan təmsilçisi Mamta Sinqi texniki nokautla məğlub edərək UBO versiyası üzrə ən yüngül çəkidə dünya çempionu titulunu qazanıb.
