“Mən 2026-cı ildə çempion olmalıyam. Mütləq. Gələn il mənim olmalıdır”.
İdman.Biz bildirir ki, bu sözlərin müəllifi UFC döyüşçüsü Umar Nurməhəmmədovdur.
“2026-cı ildə çempion olub, 2029-cu ilə qədər çempion qalmalıyam. Plan belədir", - Nurməhəmmədov deyib
2025-ci ilin yanvarında Nurməhəmmədov yekdil qərarla Merab Dvalişviliyə uduzub və ağır çəkidə kəməri qazana bilməyib. O, 2021-ci ildən UFC-də yarışır və liqadakı rekordu 6-1-dir.
Oktyabrın 25-də Abu Dabidə “UFC 321”də Nurməhəmmədov Mario Bautista ilə döyüşəcək.