UFC çempionunun Ağ Ev arzusu: “Bu döyüş möhtəşəm və unudulmaz olar”

Xəbərlər
17 Oktyabr 2025 13:00
31
UFC çempionunun Ağ Ev arzusu: “Bu döyüş möhtəşəm və unudulmaz olar”

"İslam Maxaçevlə Ağ Evdə döyüşmək istəyirəm".

İdman.Biz xəbər verir ki, bunu UFC-nin yüngül çəkidə çempionu, gürcü əsilli döyüşçü İliya Topuriya jurnalist Giorgi Kokiaşviliyə verdiyi müsahibəsində deyib.

Topuriya bildirib ki, istəyib baş tutarsa, bu, UFC tarixinə düşə bilər: “İslam Maxaçevlə Ağ Evdə qarşılaşma baş tutarsa, bu, UFC tarixindəki ən böyük döyüşlərdən biri ola bilərdi. Hələ heç kim üçüncü kəmər uğrunda döyüşməyib. İslam əvvəlki çəki dərəcəsində tam dominant idi və indi bir pillə yuxarı qalxıb. Məhz buna görə bu qarşılaşma möhtəşəm və unudulmaz olacaq”.

Qeyd edək ki, UFC turniri ilk dəfə ABŞ prezidentinin iqamətgahında - Ağ Evdə keçiriləcək. 2026-cı il iyunun 14-də baş tutacaq gecə ABŞ müstəqilliyinin 250 illiyinə həsr olunacaq.

Xatırladaq ki, İslam Maxaçev noyabrın 16-da "UFC 322" turnirində ABŞ-ın Nyu-York şəhərində avstraliyalı Cek Della Maddalena ilə yarımorta çəki dərəcəsində titul döyüşünə çıxacaq.

İdman.Biz