33 yaşlı yüngül çəkidə keçmiş UFC çempionu rusiyalı İslam Mahaçev 241 sm boyu olan nigeriyalı basketbolçu Abiodun Adeqoke ilə qarşılaşıb.
İdman.Biz bildirir ki, Mahaçev Adeqokenin ölçülərinə təəccübünü gizlədə bilməyib.
Mahaçevin boyu 178 sm-dir.
İslam Mahaçev 2015-ci ildə UFC-də debüt edib. 2022-ci ilin oktyabrında braziliyalı Çarlz Oliveyranı “boğaraq” təşkilatın yüngül çəkidə (70 kq-a qədər) çempionu olub. Onun UFC rekordu 16 qələbə və bir məğlubiyyətdir.
Mahaçev noyabrın 16-da Nyu-Yorkda baş tutacaq “UFC 322”də yüngül çəki dərəcəsində UFC çempionu titulu uğrunda döyüşəcək. O, UFC yüngül çəki dərəcəsində (77 kq-a qədər) çempionluq titulu uğrunda avstraliyalı Cek Della Maddalena ilə qarşılaşacaq.
Nigeriyalı basketbolçu Abiodun Adeqoke Dubayın MPAC liqasında oynayır.