Keçmiş UFC müvəqqəti yüngül çəki çempionu Castin Qetji karyera planları barədə danışıb.
İdman.Biz bildirir ki, Castinin növbəti döyüşü 25 yanvarda Las-Veqasda UFC 324-də olacaq.
“Bu kəməri əldə etdikdən sonra dayanmayacağam. Peddini məğlub edəcəyəm, Topuriya ilə hesablaşacağam, sonra Maks (Hollouey) və ya Çarlzdan (Oliveyra) qisas almalı olacağam. Hər ikisi məni məğlub etdi və mən də hər ikisinə qarşılıq vermək istəyirəm”, - Qetji X sosial media platformasındakı Championship Rounds hesabına bildirib.
Qetjinin növbəti rəqibi yüngül çəkidə 5-ci yerdə qərarlaşan İngiltərə təmsilçisi Peddi Pimblett olacaq. Döyüş 70 kq-da müvəqqəti UFC titulu uğrunda keçiriləcək.
