Karate üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
1 Dekabr 2023 14:14
743
Karate üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTO

Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və para karateçilər arasında 31-ci ölkə çempionatının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutan tədbirdə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Füzuli Musayev, Rəhman Hətəmov və qurumun İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

Mərasimin əvvəlində çempionatda iştirak edəcək komandaların paradı baş tutub. Ardınca Ülvi Quliyev idmançılara uğurlar arzu edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin idmana yüksək diqqət və qayğı göstərdiyi bildirib: “Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün dünyada idman ölkəsi kimi tanınır”.

Gənclər və İdman Nazirliyinin qeyri-olimpiya növləri sektorunun müdiri Aydın Məmmədov Karate Federasiyasının inkişaf etdiyini və bu idman növü üzrə komandalarımızın uğurları ilə azarkeşlərimizi sevindirdiyini vurğulayıb.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, yarış dekabrın 3-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz