Rzazadə Premyer Liqada ilk "üçlük"də

Xəbərlər
24 Aprel 2025 13:16
226
Rzazadə Premyer Liqada ilk "üçlük"də

Dünya Karate Federasiyası (WKF) Qahirədə keçirilən mərhələdən sonra Premyer Liqanın ümumi turnir cədvəlini yeniləyib.

İdman.biz xəbər verir ki, seriyada keçirilən üç turnirdən sonra Azərbaycan idmançıları arasında ən yaxşı nəticəyə Nuran Rzazadə (67 kq) malikdir.

Çində Premyer Liqanın bürünc mükafatçısı olan karateçimiz 960 xalla üçüncü yerdədir.

Fərid Ağayev (75 kq) də kifayət qədər yüksək mövqedə qərarlaşıb və o da Çində keçirilən mərhələdə bürünc medal qazanıb. İdmançımız öz çəki kateqoriyasında beşincidir

Hər iki karateçi mayın 30-da Mərakeşin Rabat şəhərində start götürəcək Premyer Liqanın final mərhələsində çıxış edəcək.

İdman.biz

Məqalədə: