Zaretska Fransada ustad dərsləri keçir

Xəbərlər
18 Noyabr 2023 15:34
265
Zaretska Fransada ustad dərsləri keçir

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska Fransadadır.

İdman.biz xəbər verir ki, Fransa tərəfinin dəvəti ilə səfərdə olan Azərbaycan millisinin üzvü orada müxtəlif ustad dərsləri keçir.

Zaretska “Sarsel” klubunda gənc idmançılara texniki bacarıqlarnı nümayiş etdirib, onlarla öz təcrübəsini bölüşüb.

Ustad dərslərində İrina ilə birlikdə Olimpiya Oyunlarının gümüş mükafatçısı Anjelika Terlyuqa (Ukrayna) da iştirak edir.

Qeyd edək ki, İrina Zaretska ötən ay Budapeştdə keçirilən Dünya çempionatının finalında isveçrəli Yelena Quiriçini məğlub edərək ardıcıl üçüncü dəfə qızıl medal qazanıb.

Nicat Zəkiyev

İdman.biz