Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

Xəbərlər
13 May 2025 21:14
119
Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

Azərbaycan Karate Federasiyasının Hakimlər Komitəsinin sədri, dünya səviyyəli beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.

İdman.biz-ə bu barədə Azərbaycan Karate Federasiyası məlumat verilib.

Avropa Karate Federasiyasının Hakimlər Komitəsində 7 üzv təmsil olunur. Cahangir Babayev onlardan biri kimi ölkəmizi layiqincə təmsil edəcək.

İdman.biz