Kudoçularımız Avropa çempionatında 3 qızıl, 1 gümüş medal qazanıb

Xəbərlər
1 Noyabr 2023 11:03
406
Kudoçularımız Avropa çempionatında 3 qızıl, 1 gümüş medal qazanıb

Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Koşiki Karate-do Federasiyasının kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış edib.

İdman.biz xəbər verir ki, yarışda iştirak edən idmançılarımızdan Vüsal Əliyev, Sevinc Mövsümzadə və Elbrus Səmədov müvafiq olaraq Litva, Malta və Ermənistandan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıblar.

Digər idmançımız Kənan İsmayılzadə isə yalnız finalda Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 5 idmançıdan ibarət milli komandamız Avropa çempionatına federasiyanın vitse-prezidenti Vəliyulla Bünyatovun rəhbərliyi altında çıxış edib.

İdman.biz