Azərbaycanlı karateçi İrina Zaretska (68 kq) karate üzrə 26-cı dünya çempionatının qalibi olub.
İdman.biz xəbər verir ki, onun rəqibi Yelena Quiriçi final döyüşü barədə danışıb.
İsveçrəli karateçi ölkəsinin “Aargauer Zeitung” nəşrinə verdiyi açıqlamada həlledici görüşdə bərabər mübarizə getdiyini bildirib: “Tam bərabər döyüş keçdi və hətta qələbəmlə də bitə bilərdi. Amma zaman keçdikcə qazanılan gümüşə görə sevinəcəm”.
Qeyd edək ki, İrina Zaretska finalda Quiriçiə 5:4 hesabı ilə qalib gəlib.
İdman.biz