“Sadəcə inana bilmirəm və nəyə nail olduğumu dərk edə bilmirəm".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan karateçisi İrina Zaretska (68 kq) deyib.
Macarıstanın paytaxtı Budapeştdə 3-cü dəfə dünya çempionu olan idmançı bu uğuru hər yarışda təkrarlaya bilməyin inanılmazlığından söz açıb: "Üçqat dünya çempionu! İldən-ilə ən yaxşıların ən yaxşısı olaraq qalmaq. Mən yuxu görürəmsə, məni çimdikləyin. Mənim üçün bu tarixdir... Mən sadəcə tarix yazmağı sevirəm”.
Qeyd edək ki, ilin əsas yarışmasının finalında Zaretska isveçrəli Yelena Quiriciyə qalib gəlib.
İdman.biz