Karateçilərimiz Avropa çempionatında 3 medal qazanıb - FOTO

Xəbərlər
20 May 2024 10:57
137
Karateçilərimiz Avropa çempionatında 3 medal qazanıb - FOTO

Azərbaycanın karate-do üzrə milli komandası 3 medal qazanıb.

İdman.biz xəbər verir ki, yığma üzvləri bu uğura Almaniyanın Regensburq şəhərində keçirilən Avropa çempionatında imza atıblar.

Karateçilərimizdən İmran Quluzadə (72 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. +80 kq-da Fuad Əliyev bürünc mükafata yiyələnib.

Təmsilçilərimiz komanda yarışında da fərqləniblər. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət üçlük Avropa çempionatını üçüncü yerdə başa vurub.

Qeyd edək ki, komandamıza bu yarışda AKF-in Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi rəhbərlik edib.

İdman.biz

Məqalədə: