Avropa çempionatına yollanacaq karateçilərimiz dəqiqləşib - FOTO

Xəbərlər
10 Aprel 2024 13:49
Avropa çempionatına yollanacaq karateçilərimiz dəqiqləşib - FOTO

Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin 6 karateçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, yarışa qatılacaq idmançılar şəxsi görüşlər nəticəsində bəlli olub.

AKF-in vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayevin də izlədiyi sınaq döyüşlərinə əsasən Fərid Savadov (60 kq), Fərid Ağayev (75 kq) Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) çempionata getmək hüququ qazanıblar.

Kata seçimlərində Ramilə Heydərova bütün rəqiblərini üstələyib. Kişilərin yarışında isə ölkəmizi Roman Heydərov təmsil edəcək.

Qeyd edək ki, digər çəkilərdə yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşlərindən sonra aydınlıq gələcək.

İdman.biz

Məqalədə: