Parisdə keçirilən Premyer Liqa yarışında bürünc medal qazanan Azərbaycan karateçisi Fidan Teymurova (50 kq) reytinqdəki mövqeyini yaxşılaşdırıb.
İdman.biz xəbər verir ki, idmançımız Ümumdünya Karate Federasiyasının yeni reytinq cədvəlində 16-cı pilləyə yüksəlib.
67 kq çəkidə mübarizə aparan üçqat dünya çempionumuz İrina Zaretska isə liderliyini itirib. İsveçrəli Yelena Quiriçi onu keçdiyi üçün təmsilçimiz 2-ci sıraya düşüb.
Kişilərin cədvəlində təmsilçilərimiz arasında ən yaxşı nəticə Tural Agalarzadəyə (67 kq) məxsusdur. Parisdə 5-ci olan Avropa Oyunlarının qalibi 7-ci pillədə qərarlaşıb.
İdman.biz