Avropa Oyunlarının qalibi: “2023 karyeramda ən uğurlu il oldu”

Xəbərlər
27 Dekabr 2023 14:18
173
Avropa Oyunlarının qalibi: “2023 karyeramda ən uğurlu il oldu”

“2023 karyeramda ən uğurlu il oldu”.

Bunu İdman.bizə açıqlamasında Azərbaycan karateçisi Tural Ağalarzadə deyib.

Avropa Oyunlarının qalibi bildirib ki, bu ildəki kimi heç vaxt gərgin dövrü olmayıb. “Qahirədəki Premyer Liqada bürünc medal qazandım, həmçinin Qvadalaxarada keçirilən Avropa çempionatında ilk "üçlüy"ə daxil oldum, sonra isə Avropa Oyunlarında birinci yeri tutdum. Bu hiss sadəcə unudulmazdır, hər şeyin bu axarda getdiyindən çox məmnunam”.

Ağalarzadə əlavə edib ki, milli komandada artıq yeni mövsümün hazırlıqlarına başlayıb: “İlk reytinq turniri gələn ilin yanvarında baş tutacaq, ona görə də məşqlərimiz tam sürətlə gedir. Ümid edirəm ki, növbəti ildə də bu ildən az uğur qazanmayacam”.

Zəki Feyzullayev
İdman.biz